Son illər avqust ayının bəzi günlərində ölkə ərazisində havanın temperaturu iqlim normasından 4.5-7.4° yüksək olub.
Bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Məlumata görə, bu ilin avqust ayının ilk günlərində isə havanın temperaturu iqlim norması ilə müqayisədə 4-4.4° yüksəkdir. Belə hava şəraiti avqust ayı üçün xarakterikdir.
O bildirib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi ehtimal edilir.
“Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Avqustun 9-dan isə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da istilik effektini nisbətən azaldacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта