RU

Yorğunluğa qarşı bu qidaları istifadə edin

Mütəxəssislər yorğunluq və halsızlığın qarşısını almaq üçün düzgün qidalanmanın vacib olduğunu bildirirlər. Enerji artıran və bədəni gücləndirən bəzi qidalar gündəlik rasiona daxil edilməlidir.

 

Pravda.az ən çox tövsiyə edilən qidaları təqdim edir:

 

Qoz – Omega 3 və E vitamini ilə zəngindir, enerjini artırır.

 

Avokado – Sağlam yağlarla zəngin "möcüzə qida" hesab olunur.

 

Çörəkotu – Gündə 2 dəfə qaynadılaraq qəbul edildikdə yorğunluğu azaldır.

 

Qatıq – Faydalı bakteriyalarla enerjini və toxluq hissini artırır.

 

Kivi – C vitamini ilə zəngindir, metabolizmanı sürətləndirir.

 

Kök – A vitamini ilə immuniteti gücləndirir, amma çox yemək olmaz.

 

Cəfəri – Vitaminlərlə zəngindir, həm də ödemi azaldır.

 

Yulaf əzməsi – Qan şəkərini tarazlayır, bağırsaqları tənzimləyir.

 

Armud – A, C və K vitaminləri ilə antioksidant təsir göstərir.

 

İspanaq – Dəmir və maqneziumla zəngindir, bədənə güc verir.

 

Yaşıl çay – Güclü antioksidantdır, lakin yüksək təzyiqi olanlara tövsiyə edilmir.

 

Qırmızı ət – Dəmir və B12 vitamini ilə yorğunluğun qarşısını alır.

 

Qidalanma vərdişlərini dəyişmək enerji səviyyəsini artırmaq üçün ilk addım ola bilər.

 

Əminə Bayramova

Tarix: 4 Avqust 2025, 17:09   
Избранный
9
pravda.az

1Источники