Azərbaycan və Makedoniya sənətçiləri ilk dəfə eyni layihədə bir araya gələcəklər.
News24.az xəbər verir ki, White Roof Production “Ovod” dan sonra ikinci böyük teatr layihəsinə başlayır.
Baş prodüser Ziya Ağa bu dəfə ingilis yazıçısı Corc Oruellin dünyanın ən məşhur və cəsarətli əsərlərindən biri “1984”ü Azərbaycanın ən böyük səhnəsində reallaşdırır.
Premyera oktyabrın 24-də, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Tamaşanın yaradıcı heyətini Makedoniya və Azərbaycandan olan sənətçilər təşkil edəcək.
Dekabrda isə White Roof Production və xarici ko-prodakşın şirkətlərin təşkilatçılığı ilə Albaniya, Makedoniya, Serbiya, Albaniya və Xorvatiyada tamaşanın premyeraları baş tutacaq.
Aktyorlarla bağlı kastinq isə hələ də davam edir. Kastinqin nəticələri yaxın günlərdə açıqlanacaq.
Biletləri iTicket.az saytından əldə edə bilərsiniz.
Baş prodüser: Ziya Ağa
Quruluşçu rejissor: Rizeski Gjorgji
Quruluşçu rəssam və qrafik dizayner: Emil Pachkovski
Bəstəkar: Almir Bajramoski