RU

Deputatlığa namizəd olmuş şəxs narkotik ittihamı ilə tutuldu

Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Cəfərli kənd sakini Şöhrət Əsəd oğlu Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə ittiham edilir.
 
Məlumata görə, ona məxsus həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilən çətənə kolları aşkarlanıb. Onun əməlləri ilə bağlı başlanan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.
Избранный
17
20
moderator.az

10Источники