RU

İki tanışdan biri “Şkendiya” - “Qarabağ” cütünün məğlubunun Avroliqada rəqibi olacaq

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubunun da rəqibi bəlli olub.

Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.

Cütün məğlubu "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə Çempionlar Liqasının pley-off mərhələsində görüşəcək.

Avropa Liqasında isə pley-off mərhələsinin matçları avqustun 21-də və 28-də keçiriləcək.

Избранный
67
4
sportinfo.az

10Источники