RU

Azərbaycanda sənaye zonalarından məhsul ixracı 22 % dən çox artıb

ain.az bildirir, Missiya.az portalına istinadən.

2015-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycandakı sənaye zonalarından 17,2 milyard manatlıq məhsul satılıb, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib.

Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təkcə bu ilin I yarısında sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyonluq hissəsi ixracın payına düşün.

Ötən ilin eyni dövrünə nisbətən satış 28,7 %, ixracı isə 22,4 % artıb.

Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla ümumilikdə 70-dən artıq ölkəyə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyə qədər sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırıb və 10 900 daimi iş yeri yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
10
missiya.az

10Источники