RU

Toyunda ən ucuz gəlinliklər geyinən MƏŞHURLAR

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hər bir şəxs öz toy günündə gözəl görünmək istəyir. Bunun üçün seçilən gəlinliyin rolu böyükdür. Onun hansı parçadan tikilidiyi, necə göründüyü və qiyməti çox önəmlidir. Dünya məşhurları da hər bir detalla ictimaiyyətin diqqətini çəkdiyindən onların gəlinliyi də uzun müddət müzakirələrə səbəb olub. Bəzi tanınmışlar var ki, özəl günlərində mümkün qədər ucuz gəlinlik geyiniblər.

Bu dəfə BAKU.WS saytı şad günündə ucuz gəlinlik geyinən məşhurların adlarını təqdim edir:

Müğənni Lana Del Rey

Amerikalı müğənni və bəstəkar Lana Del Rey öz toyunda ucuz gəlinlik geyinən məşhurlar sırasındadır. Deyilənlərə görə, onun gəlinliyinin qiyməti 400 dollardan (680 AZN) belə ucuz olub. Bu barədə "TMZ" və "Teen Vogue" məlumat yayıb. O da qeyd edilib ki, sənətçinin gəlinliyi aldığı "New Orleans‌" mağazasında satılan bütün paltarlar o qiymət civarında olur. 

Amerikalı aktrisa Krişel Stauz 

Krişel Stauz da toyunda ucuz gəlinlik geyinib. O bu libası avstraliyalı dizynerdən alıb. Gəlinliyin qiyməti 530 dollar olub. (901 AZN) Krişel Stauz "Selling Sunset" filmi ilə məşhurlaşıb. 

Amerikalı gimnast Simona Baylz 

Simona ailələr arasında təşkil edilən kiçik nigah mərasimində 120 dollar (204 AZN) dəyərində gəlinlik geyinib. Onun bu libası "Courthouse wedding" markasına aid olub. 

Keçmiş baş nazir Boris Consonun həyat yoldaşı Kerri Conson

Kerri, Boris Consonla evlənəndə gəlinlik donu kirayə götürmüşdü. O "Costarellos" markasından olan gəlinliyə üstünlük vermişdi. Libasın ümumi dəyəri 2830 funt-sterlinq, (6387 AZN) kirayə qiyməti isə 45 funt-sterlinqdir. (101 AZN)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
3
baku.ws

4Источники