Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, mərasimdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubunun da rəqibi bəlli olub. Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.
Bu cütlük “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu (Çempionlar Liqası) ilə qarşılaşacaq.
Maraq üçün qeyd edək ki, bu cütlərin qalibləri də ÇL-də üz-üzə gələcəklər.