RU

Darvin Nunes “Əl-Hilal”la razılığa gəldi

"Liverpul" klubunun uruqvaylı hücumçusu Darvin Nunes Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə şəxsi razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Rudi Qaletti məlumat yayıb.

Onun sözlərinə görə, 26 yaşlı futbolçu "Əl-Hilal"la şəxsi müqavilə şərtləri üzrə şifahi razılıq əldə edib. Hazırda transferin reallaşması üçün Səudiyyə klubu "Liverpul"la danışıqlar aparmalıdır.

İddialara əsasən, İngiltərə təmsilçisi Nunesin transferi üçün təxminən 70 milyon avro tələb edir.

Qeyd edək ki, Darvin Nunes ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.c

Избранный
4
1
operativmm.az

2Источники