Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Hakan Fidanla Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
News24.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadən “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlər və regional məsələləri müzakirə ediblər.