RU

Kreml Trampın nüvə müharibəsinə hazırlıq bəyanatına cavab verdi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya ilə mümkün nüvə qarşıdurmasına hazırlıqla bağlı açıqlamasına Kreml cavab verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın strateji atom sualtı qayıqları onsuz da daimi döyüş növbətçiliyindədir və bu, yeni hal deyil.

Peskovun sözlərinə görə, Trampın bəyanatı “emosional ritorikadan” ibarətdir və real hərbi təhlükə anlamına gəlmir:

“Biz bu məsələni emosional ritorika kimi qəbul edirik. Rusiya nüvə mövzusunda polemikaya cəlb olunmaq istəmir”, – deyə o vurğulayıb.

Kreml nümayəndəsi əlavə edib ki, Rusiya nüvə müharibəsində qalibin olmayacağı prinsipini rəhbər tutur və bu mövqedən geri çəkilməyib.

Peskov eyni zamanda bildirib ki, ölkənin xarici siyasət kursunu yalnız prezident Vladimir Putin müəyyən edir. Beləliklə, Dmitri Medvedevin Tramp barədə sərt açıqlamaları rəsmi Moskvanın mövqeyini əks etdirmir.

Xatırladaq ki, Tramp Truth Social platformasında yazdığı paylaşımda ABŞ-ın iki atom sualtı qayığını Rusiyaya yaxın ərazilərə göndərdiyini açıqlamış və ölkəsinin “nüvə müharibəsinə tam hazır olduğunu” bildirmişdi. Onun bu bəyanatı, Medvedevin Trampa qarşı sərt tənqidindən sonra səslənmişdi.

//Samir Qurbanov, Editor.az

Избранный
5
editor.az

1Источники