RU

74 yaşlı qadın yarım milyon uddu

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə, Muğlanın Mentəşə rayonundan olan 74 yaşlı Günay Karataş - "Günay xala" - ATV-nin "Kim milyoner olmaq ister?" şousuna qatılıb və sosial mediada 150 mindən çox izləyicisi olan qadın 1 milyon lirəlik sualı cavablandıraraq böyük uğura imza atıb.

Hafta.az-ın yazdığına görə, Oktay Kaynarcanın aparıcılığı ilə yaşlı qadına verilən 1 milyon lirəlik sual isə “Türk Dil Qurumunun (TDK) məlumatına görə, hansı deyimin nümunəsi yoxdur?” olub.

Deyimlərsə bunlardır: A: İngilis, B: Alman, C: fransız, D: Hind.

Çətin sualda yaşlı qadın 500 min lirəlik mükafatla yarışdan geri çəkilərək davam etməmək qərarına gəlib. Sualın ardınca o, bu sözləri deyib: “Əgər müsabiqədə davam etsəydim, D variantına “İpucu” cavabını verərdim. Sevinirəm ki, etməmişəm”.

TDK mənbələrinə görə, verilən deyimlər arasında doğru variant “alman” idi. Bu məlumat müsabiqədən sonra sosial mediada da böyük marağa səbəb olub. “1 milyon dollarlıq sual” həştəqi qısa zamanda trendə çevrilib.

Избранный
7
hafta.az

1Источники