Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri Xiyabanda dəfn olunub.
Modern.az xəbər verir ki, Xalq yazıçı ilə əvvəlcə Milli Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilib.
Mərasimin ardınca cəzanə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.
***
13:27
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Modern.az xəbər verir ki, vida mərasimində yazıçının ailə üzvləri, Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
***
Xalq yazıçısı Elçin Əfəndiyevlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, Elçin Əfəndiyev ötən gün vəfat edib.