Operativ MM portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-a ultimatum hazırlayırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən yazıb.
"Tramp və Netanyahu HƏMAS-a ultimatumun verilməsini nəzərdə tutan yeni təklif üzərində işləyirlər", - məlumatda qeyd olunub.
Ultimatumun şərtlərinə əsasən, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və hərəkatın tərk-silah edilməsini də əhatə edən atəşkəs şərtlərinə razılaşmalıdır. Əks təqdirdə İsrail ordusu kampaniyanı davam etdirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.