Xəbər verdiyimiz kimi, ötən gün Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı ilə vida mərasimi keçirilib.
Yazıçı Elçinin qələm dostları, bir çox tanınmış ictimaiyyət nümayəndələri vida mərasiminə qatılaraq onun ailəsinə, qızları - deputat Günay Əfəndiyeva və Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevaya başsağlığı veriblər.
E.Əfəndiyev Birinci Fəxri xiyabanda dəfn ediləcək.
Sail Ağasəlim
Fotolar: Pərvin Zeynal














