RU

David Luisin yeni klubu bilindi - RƏSMİ

Tanınmış braziliyalı müdafiəçi David Luisin yeni klubu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını Kiprdə davam etdirəcək. 

O, "Pafos" klubu ilə müqavilə bağlayıb. Məlumatı Kipr klubunun mətbuat xidməti yayıb. 

Son illər vətəni Braziliyada çıxış edən, yenidən Avropaya qayıdan Luisin keçidinin detalları açıqlanmayıb. 

2014-cü ildə yaradılan "Pafos" kifayət qədər iddialıdırlar. 

Braziliya millisinin sabiq müdafiəçisi, son komandası “Fortaleza” olan David Luis Avropadakı uzunmüddətli karyerası ərzində Londonun “Arsenal” və “Çelsi”, Portuqaliyanın “Benfika” və Fransanın PSJ kimi klublarında çıxış edib.

 

Избранный
13
2
fanat.az

3Источники