RU

ADA Universitetinin məzunları əmək bazarında uğurla irəliləyirlər

Bakı. Trend:

ADA Universitetinin Karyera xidmətləri şöbəsi 2023–2024-cütədris ili üzrə məzunların məşğulluq göstəricilərini və tələbələrüçün həyata keçirilən karyera dəstəyi proqramlarının nəticələriniaçıqlayıb. Statistika göstərir ki, məzunlar əmək bazarına uğurlainteqrasiya olunur və universitet tərəfindən onlara göstərilənsistemli dəstək öz bəhrəsini verir.

Trendxəbər verir ki, bu barədə ADA Universiteti məlumat yayıb.

Bildirilib ki, əldə olunan nəticələrə əsasən 2023–2024-cü tədrisili üzrə məzunların məşğulluğu 90 faiz təşkil edir.

Bakalavr pilləsində ən yüksək məşğulluq Biznesin idarə edilməsiixtisasının məzunları, magistr pilləsində isə Kompyuter elmləri vədata analitikası ixisasının məzunları arasında müşahidə olunub.

Məzunlar əsasən dövlət qurumları, təhsil, bank və maliyyəxidmətləri, konsaltinq və audit eləcə də telekommunikasiyasahələrində çalışırlar.

ADA Universitetinin Karyera xidmətləri şöbəsi tələbələrinpeşəkar hazırlığını gücləndirmək üçün il ərzində bir sıraproqramlar həyata keçirir. Belə ki, hər il 500-dən çox tələbə yazvə yay semestrlərində akademik təcrübə proqramında iştirak edirlər.Akademik təcrübə proqramı Azərbaycanda yerləşən aparıcı dövlət vəözəl qurumlarında eləcə də, ölkəmizin xaricdəki diplomatiknümayəndəliklərində həyata keçirilir.

Bununla yanaşı, ADA Universitetində hər il 20 tərəfdaş şirkətiniştirakı ilə “Karyera Hazırlığı Həftəsi” həyata keçirilir. Butəşəbbüs çərçivəsində tələbələrin seçim prosesi ADA UniversitetininKaryera xidmətləri şöbəsi tərəfindən təşkil olunur və tələbələr iləfərdi müsahibələr əsasında həyata keçirilir. Seçilmiş tələbələrakademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye üzrəmütəxəssislərin keçirdiyi təlim və seminar proqramlarına cəlbolunurlar. Təlimlər maliyyə, bankçılıq, informasiyatexnologiyaları, telekommunikasiya, audit, konsaltinq və digərsahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətin yüksəkixtisaslı nümayəndələri tərəfindən keçirilir. Sessiyalar əməkbazarının aktual tələbləri, peşəkar bacarıqlar və karyera inkişafıstrategiyaları kimi mövzuları əhatə edir. On gün davam edən buintensiv proqram tələbələrə yalnız bilik və bacarıqlarqazandırmaqla kifayətlənmir, eyni zamanda onları potensialişəgötürənlərlə əlaqələndirərək həmin şirkətlərdə təcrübə imkanlarıilə təmin edir. “Karyera Hazırlığı Həftəsi” ənənəvi karyerayarmarkası ilə başa çatır və tələbələr üçün real iş imkanlarınaaçılan bir platformaya çevrilir.

Bu təşəbbüslər ADA Universitetinin məzunlarına həm yerli, həm dəbeynəlxalq səviyyədə rəqabət qabiliyyətli karyera imkanlarıyaradır.

Məqalədə:
Избранный
11
5
az.trend.az

6Источники