Bakı. Trend:
Hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma halları müşahidəedilmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiRespublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatverilib.
Bildirilib ki, yay fəslində bəzi xəstəliklər, xüsusilə dəbağırsaq infeksiyalarına yoluxma riski arta bilər.
"Lakin hazırda yoluxucu xəstəliklərin kütləvi yayılma hallarımüşahidə edilmir, ölkədə epidemioloji vəziyyət stabildir və daimnəzarət altındadır.
İsti yay günlərində şəxsi gigiyena qaydalarına xüsusi diqqətyetirmək, günorta saatlarında açıq havada olmamaq tövsiyə olunur",- deyə əlavə edilib.