RU

"Tottenhem" Sonun MLS klubuna transferindən bu qədər qazanacaq - MƏBLƏĞ

"Tottenhem"dən ayrılacağını açıqlayan kapitan Son Hın Minin London klubuna qazandıracağı məbləğ müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, karyerasını ABŞ-da davam etdirəcək koreyalı futbolçu "Los Anceles"lə müqavilə imzalayacaq.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, "Tottenhem" 33 yaşlı forvardın satışından 15 milyon avro qazanacaq.

Son 2015-ci ildən hotspurluların heyətində çıxış edir. O, bu müddətdə 454 matça çıxıb, 173 qol qol vurub və 101 məhsuldar ötürmə müəllifi olub.

Mirağa

Избранный
15
2
fanat.az

3Источники