Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusman da mərasimdə iştirak edir.
O, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və sabiq XİN rəhbəri Elmar Məmmədyarovun arasında əyləşib.
Xatırladaq ki, o, bir müddət əvvəl TASS-dakı vəzifəsindən azad edilmişdi. Bunun Qusmanın Xankəndidə keçirilən forumda iştirakından sonra baş verməsi ciddi müzakirələrə səbəb olmuşdu.