Qərbi Afrika ölkəsi Qanada "meymun çiçəyi" virusu yayılmağa davam edir.
Publika.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti (GHS) məlumat yayıb.
Bildirilib ki, ölkədə 20 yeni yoluxma hadisəsi aşkarlanıb. Bununla da may ayından bəri ümumi yoluxmaların sayı 302-yə çatıb.
Açıqlamada qeyd olunub ki, virus yoluxmuş şəxslərlə yaxın fiziki təmas nəticəsində yayılıb. Bu səbəbdən ictimaiyyətə ayıq-sayıq olmağa və hər hansı simptomu erkən bildirməyə çağırış edilib.