RU

Türkiyəyə səfər edən Qazaxıstanlıların sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Qazaxıstandan Türkiyəyə 129 min 836 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 11,30 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 2,25 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Qazaxıstandan Türkiyəyə 333 min 655 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,75 faiz azdır.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,56 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Избранный
35
3
turkic.world

4Источники