RU

Türkiyənin iş adamları Ələt Azad İqtisadi Zonasının investisiya imkanları ilə tanış olublar

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə MÜSİAD-ın Mersin nümayəndəliyi arasında görüş keçirilib.

Konfederasiyanın məlumatına görə, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, sənaye mərkəzləri və təşviq alətləri haqqında geniş məlumat verilib.

İş adamları, Azərbaycanda xüsusilə Qarabağ və Ələt Azad İqtisadi Zonası kimi əhəmiyyətli regionlarda investisiya imkanlarını araşdırıblar. Tərəflər arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Избранный
14
vergiler.az

1Источники