RU

Azərbaycanda banklar və qeyri-bank təşkilatları real sektorun kredit portfelinə 4,2 milyard manat ayırıb

2025-ci ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank təşkilatları bu sahəyə ümumilikdə 4,2 milyard manat kredit ayırıblar.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu rəqəm əvvəlki aya nisbətən 24,3 milyon manat, yəni 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 86,1 milyon manat və ya 2,1% çoxdur.

Ölkədə ümumi real sektor kredit portfeli 30,2 milyard manat təşkil edir. Onun içərisində vaxtı keçmiş kreditlər 527,4 milyon manat həcmindədir.

Ümumi kredit portfeli aylıq müqayisədə 43 milyon manat (0,1%), illik müqayisədə isə 3,2 milyard manat (12%) artıb. Vaxtı keçmiş kreditlərin həcmi isə ay ərzində 19,1 milyon manat (3,8%), illik isə 75,7 milyon manat (16,8%) yüksəlib.

Fuad Mədətov
Finss.az

Избранный
2
fins.az

1Источники