RU

AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Gəncə Şəhər Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Избранный
21
25
sia.az

10Источники