RU

“Boeing”in üç döyüş təyyarəsi zavodunun işçiləri tətilə başlayıblar

“Boeing Co” şirkətinin qırıcı təyyarələr istehsal edən fabriklərdə çalışan işçiləri tətil keçirirlər.

Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyası (IAM) açıqlama yayıb.

Bildirilib ki, şirkətin Missuri və İllinoys ştatlarında yerləşən üç zavodunda təxminən 3200 işçi “Boeing”in təklif etdiyi dörd illik əmək müqaviləsini rədd etmək üçün səs verib.

Həmin zavodların işçiləri Boeing F-15 və F/A-18 döyüş təyyarələrini, T-7 təlim təyyarəsini və ABŞ Hərbi Dəniz Qüvvələri üçün hazırlanmaqda olan MQ-25 pilotsuz yanacaqdoldurma aparatını yığırlar.

Qeyd edək ki, “Boeing” dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biridir.Şirkətin bazar dəyəri bu il 25%-dən çox artıb.

Asim

Избранный
12
icma.az

1Источники