RU

Yeni layihə: Oruellin "1984" əsəri Azərbaycan səhnəsində

BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan teatr məkanında yeni beynəlxalq layihə baş tutacaq. Tanınmış prodüser Ziya Ağa “Ovod” tamaşasından sonra ikinci böyük teatr layihəsinə start verib.

Teleqraf xəbər verir ki, bu dəfə məşhur ingilis yazıçısı Corc Oruellin bütün dövrlərin ən təsirli və cəsarətli romanlarından biri sayılan “1984” əsəri səhnələşdiriləcək.

Layihənin əsas özəlliklərindən biri onun beynəlxalq formatda hazırlanmasıdır. Bu, Azərbaycan və Makedoniyanın birgə teatr layihəsi olaraq tarixdə ilk dəfə gerçəkləşir.

Tamaşanın quruluşçu rejissoru Makedoniyalı sənətçi Rizeski Gjorgji, quruluşçu rəssam və qrafik dizayneri isə Emil Paçkovskidir. Yaradıcı heyətdə hər iki ölkənin peşəkar teatr nümayəndələri yer alır.

“1984” tamaşasının Bakı premyerası bu ilin 24 oktyabr tarixində, saat 20:00-da “Heydər Əliyev Sarayında” baş tutacaq.

Beynəlxalq əməkdaşlıq çərçivəsində layihənin növbəti premyeraları dekabr ayında Makedoniya, Serbiya, Albaniya və Xorvatiyada təqdim olunacaq. Tamaşa Ziya Ağa və bir neçə xarici koprodakşn şirkətin təşkilatçılığı ilə reallaşır.

Hazırda tamaşada çıxış edəcək aktyor heyəti üzərində işlər davam edir. Kastinq prosesi yekunlaşmaq üzrədir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Избранный
38
teleqraf.com

1Источники