RU

Ən çox cəza yeyən futbol komandalarımız ADLAR

Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının statistikasında bildirilib.

Mövsüm ərzində orta fol sayı 12.78 olub. Futbolçulara 22 dəfə birbaşa qırmızı vərəqə göstərilib. İkinci sarıdan qırmızı görən futbolçuların da sayı eyni olub. Ümumilikdə isə futbolçulara mövsüm ərzində 671 sarı vərəqə göstərilib.

Orta hesabla ən çox fol edən klub “Sabah”dır - 15,36 dəfə. Fola ən az “maraq göstərən” komanda isə “Qarabağ” olub - 11,59 dəfə.

“Araz-Naxçıvan” futbolçularına daha çox qırmızı vərəqə (4 dəfə) göstərilən komanda olub. “Neftçi” isə futbolçuları daha çox birbaşa qırmızı vərəqə (3 dəfə) görən komanda ünvanına sahib çıxıb.

“Turan Tovuz” futbolçuları ən çox sarı vərəqə görən komanda olub. Tovuz təmsilçisinin üzvləri 77 dəfə “sarı xəbərdarlıq” alıblar.

Futbolçularına ən az qırmızı vərəqə göstərilən komandalar “Səbail” və “Zirə”dir. Hər iki Bakı təmsilçisinin üzvləri cəmi 1 qırmızı vərəqə görüblər.

“Kəpəz” və “Şamaxı”nın heç bir futbolçusuna birbaşa qırmızı vərəqə göstərilməyib.

Futbolçularına ən az sarı vərəqə göstərilən komanda isə “Qarabağ” olub. Ağdam təmsilçisinin futbolçuları 53 dəfə cəzalanıb.

Mövsüm ərzində orta hesabla ən çox fol edən futbolçu “Şamaxı”nın gürcü legioneri Giorgi Kantariya (2,61) olub.

Ən çox qırmızı vərəqə görən futbolçu “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuçdur. 31 yaşlı monteneqrolu futbolçu 2 dəfə meydandan qovulub. “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiçisi Vanderson Melo isə ən çox sarı vərəqə görən futbolçu olub. O, mövsüm ərzində 11 dəfə cəzalanıb.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
6
sfera.az

7Источники