RU

Pakistan İranla əlaqələri gücləndirir

Pakistan rəhbərliyi İran prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı İranla ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiqliyini bir daha bəyan edib.

Bakues.az “Sozcu”yə istinadən xəbər verir ki, Pezeşkian Pakistana səfəri çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Pezeşkianla Şərifin görüşü zamanı Pakistan və İran arasında çoxillik əlaqələri vurğulayıblar və bu əlaqələri gücləndirməyə davam edəcəklərini vəd ediblər.

Hər iki ölkənin lideri arasında keçirilən görüşdə də regional sülh və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin əlaqələndirilməsinin zəruriliyi barədə razılıq əldə olunub.

Asim

Избранный
25
icma.az

1Источники