RU

“Şkendiya” - “Qarabağ” cütünün məğlubu kimə rəqib olacaq?

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Yenisabah.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azəebaycan) cütünün məğlubunun da rəqibi bəlli olacaq. Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.

Bu cütlük püşkatmada səpələnməmişlər səbətində yer alacaq və səpələnmişlər siyahısında aşağıda adları qeyd edilən komandalardan birinə rəqib olacaq: Dominos pizza

“Hamrun Spartans” (Malta) – “Makkabi” Təl-Əviv ((İsrail) cütünün qalibi (Avroliqa)

“Young Boys” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu (Çempionlar Liqası)

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu (Çempionlar Liqası)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.


Telegram kanalımız
Избранный
12
8
yenisabah.az

10Источники