RU

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

Operativ Media xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.

Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

Избранный
18
15
operativmedia.az

10Источники