Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
"Football-plus.az" xəbər verir ki, “Sabah” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəllidi.
Masazır təmsilçi 3-cü təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn), “Anderlext” (Belçika) – “Şerif” (Moldova), “Luqano” (İsveçrə) – “Selye (Sloveniya) cütlərinin qalibi və ya “Rayo Valyekano” (İspaniya), “Strasbur” (Fransa) klublarından biri ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” - "Omoniya" (Cənubi Kipr) duelinin güclüsü isə “Riqa” (Latviya) – “Beytar Yerusalem” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya), “Rusenborq” (Norveç) – "Hammarbü" (İsveç) və “Həkken” (İsveç) – “Brann” (Norveç) cütünün qalibinə rəqib olacaq.
Püşk saat 16.00-da atılacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта