Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz - "Sabah" və "Araz-Naxçıvan"ın rəqibləri də məlum olacaq. Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Sabah" bu mərhələyə yüksəlmək üçün ilk öncə "Bolqarıstanın "Levski" klubunu məğlub etməlidir. "Araz-Naxçıvan" isə "Omoniya"nı (Kipr) mübarizədən kənarlaşdırmalıdır. İlk matçlar avqustun 7-si, cavab qarşılaşmaları isə 1 həftə sonra oynanılacaq.
"Bayquşlar"ın 5 potensialı rəqibi məlum olub:
"Alkmaar" (Niderland)/ "Vaduts" (Lixtenşteyn)
"Anderlext" (Belçika)/ "Şerif" (Moldova)
"Luqano" (İsveçrə)/ "Selye" (Sloveniya)
"Rayo Valyekano" (İspaniya)
"Strasburq" (Fransa)