RU

Konfrans Liqası: “Sabah” və “Araz-Naxçıvan”ın rəqiblər bəlli olur

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək mərasimdə Azərbaycan klubları “Sabah” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəlli olub.

Paytaxt təmsilçi III təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçərsə, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn), “Anderlext” (Belçika) – “Şerif” (Moldova), “Luqano” (İsveçrə) – “Selye (Sloveniya) cütlərinin qalibi və ya “Rayo Valyekano” (İspaniya), “Strasbur” (Fransa) klublarından biri ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” - "Omoniya" (Kipr) duelinin güclüsü isə “Riqa” (Latviya) – “Beytar Yerusalem” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya), “Rusenborq” (Norveç) – “Hammarbi” (İsveç) və “Hakken” (İsveç) – “Brann” (Norveç) cütünün qalibinə rəqib olacaq.

Püşk saat 16:00-da atılacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də olacaq.

İdman.biz

Избранный
14
2
idman.biz

3Источники