“Qarabağ” futbol klubu yeni transferini açıqlayıb.
Oxuməni.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub ispaniyalı yarımmüdafiəçi Conatan Montiel ilə müqavilə imzaladığını açıqlayıb.
26 yaşlı hücumameyilli yarımmüdafiəçi daha əvvəl İspaniyanın "Rayo Valyekano" klubunda çıxış edib. İyulun 1-dən o, azad agent statusunda idi. Montiel müxtəlif illərdə İspaniyanın gənclərdən ibarət komandalarının - U-17, U-18 və U-19-un da rənglərini qoruyub.
Onunla daha 2 il müddətinə uzadılma opsiyalı 2 illik müqavilə imzalanıb. O, 9 nömrə altında çıxış edəcək.
Oxuməni.az