Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlu Tərtər kanalında faciəvi şəkildə həlak olub.
QHT.az xəbər verir ki, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. İkinci vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. Ağdam Ağdərə Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Hüseynov Adil “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Onlar ailədə 2 qardaş olub. Natiq Hüseynov böyük qardaş olub.
Allah rəhmət eləsin.