Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz - "Sabah" və "Araz-Naxçıvan"ın rəqibləri də məlum olacaq. Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Sabah" bu mərhələyə yüksəlmək üçün ilk öncə "Bolqarıstanın "Levski" klubunu məğlub etməlidir. "Araz-Naxçıvan" isə "Omoniya"nı (Kipr) mübarizədən kənarlaşdırmalıdır. İlk matçlar avqustun 7-si, cavab qarşılaşmaları isə 1 həftə sonra oynanılacaq.