RU

Rusiyanın daha bir narahat gecəsi: Ukrayna PUA hücumları ilə...

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin regionlarına hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin 61 pilotsuz uçan aparatını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 3-ü gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 61 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - nazirlik bildirib.

Qeyd olunur ki, hava hədəflərinin əksəriyyəti Qara dəniz üzərində, Voronej vilayətində və Krımda vurulub. Bu ərazilərdə ümumilikdə 41 pilotsuz uçuş aparatı məhv edilib.

Bundan əlavə, Belqorod, Bryansk, Rostov, Moskva və Ryazan vilayətləri də hücuma məruz qalıb. Volqoqrad vilayətinə aviareyd nəticəsində PUA-nın qalıqları dəmir yoluna düşüb. Bir neçə sərnişin qatarı gecikib.

Избранный
9
publika.az

1Источники