Braziliya millisinin sabiq üzvü olan David Luisin yeni klubu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, məşhur futbolçu Kiprin “Pafos” klubuna keçib.
Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, David Luis “Benfika”, “Çelsi”, PSJ, “Arsenal” kimi klublarda çıxış edib. O, Braziliya millisinin heyətində 57 oyun keçirib.