RU

Trampla Putinin Türkiyədə görüşü... - Ankaradan açıqlama

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Türkiyədə görüş yaxın vaxtlarda baş tuta bilər.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasından “ria.ru”ya bildirilib. 

Açıqlama verən mənbə söyləyib ki, belə bir görüş planlaşdırılsa da, hələlik konkret tarixlər və ya vaxt çərçivələri yoxdur. 

"Konkret vaxt çərçivələri yoxdur, biz bunun tezliklə olacağını gözləyirik. Amma konkret tarixlər yoxdur", -  Türkiyə Prezidentinin Administrasiyasında mənbə deyib.

O həmçinin vurğulayıb ki, Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında danışıqların yeni raundunun keçirilməsi ilə bağlı hələlik məlumat daxil olmayıb. Ankara təmsilçisi əlavə edib ki, Türkiyə istənilən vaxt bu məsələdə vasitəçiliyini bərpa etməyə hazırdır.

Mürtəza

Избранный
3
4
paralel.az

5Источники