RU

İranın dövlət televiziyasının canlı yayımında dava düşdü – VİDEO

İranın “IRIB News” dövlət televiziyasının canlı yayımında gözlənilməz bir qalmaqalla başa çatıb. 

Bizim.Media xəbər verir ki, dövlət televiziyası İranın “nəhəng” Taleqan su təchizatı layihəsini nümayiş etdirərkən, layihənin işçiləri ilə, layihə agentləri və ya podratçılar arasında kəskin mübahisə yaranıb.
 

Belə ki, bu anlar televiziyada izləyicilərə təqdim olunub. Yöndəmsiz addımlarla davanı kameradan uzaqlaşdırmağa çalışan dövlət televiziyası, hadisənin ictimailəşməsini önləməkdə çətinlik çəkib.


Taleqan su layihəsinin gedişatını əks etdirən xəbərlərin yayımlandığı anda efirə düşən mübahisə görüntüləri sosial mediada böyük əks-səda doğurub.

Həmin kadrları təqdim edirik:


Bizim.Media

Избранный
39
1
bizim.media

2Источники