RU

Qızıl qiyməti ucuzlaşıb - DETALLAR

Avqust ayının ilk günlərində beynəlxalq bazarlarda qızılın qiymətində eniş müşahidə olunub.

Bitcoin yuxarı yox, aşağıya yol aldı - QİYMƏT UCUZLAŞDI

FED.az xəbər verir ki, 4 avqust 2025-ci il tarixində bir unsiya qızılın qiyməti 3 357,23 dollar səviyyəsində olub ki, bu da əvvəlki günlə müqayisədə 6,63 dollar və ya 0,2% azalma deməkdir. Lakin uzunmüddətli dövrdə qızıl bahalaşmaqda davam edir, son bir ayda qiymət 0,9%, son 6 ayda 17,2%, son bir ildə isə 39,9% artıb.

Beş illik artım 65%-i keçib, son 20 ildə isə qiymət təxminən 668% yüksəlib. Bu göstəricilər qızılın hələ də uzunmüddətli dövrdə sabit və sərfəli investisiya aləti olduğunu sübut edir. Hazırkı azalma isə qısamüddətli dalğalanma kimi qiymətləndirilə bilər.

Избранный
6
fed.az

1Источники