RU

Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Qarşı tərəf ƏDV depozit hesabımıza aprel ayında 18 manat ƏDV avans məbləği köçürüb. Əsas məbləğ olan 100 manat avans isə bank hesabımıza may ayında köçürülüb. Bu halda vergi tutulan əməliyyatın vaxtı ƏDV avans ödənişinin alındığı aprel, yoxsa may ayı götürüləcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlayanadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır.

Sorğuya cavab olaraq bildirilib ki, yuxarıda göstərilən halda vergi tutulan əməliyyatın vaxtı aprel ayı hesab ediləcək.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Избранный
15
vergiler.az

1Источники