RU

"Qarabağ"ın ÇL-də pley-offa yüksələcəyi təqdirdə potensial rəqibi BƏLLİ OLACAQ

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkü atılacaq.

Demokrat.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

"Qarabağ" 3-cü raundda "Şkendiya"nı keçəcəyi halda bu klublardan biri ilə qarşılaşa bilər: "Budyo Qlimt", "Seltik", "Malmö" - "Kopenhagen" cütünün qalibi, "Lex" - "Srvena Zvezda" cütünün qalibi, "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda olacaq.

Избранный
17
4
demokrat.az

10Источники