Avqustun 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin avqustun 4-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.