RU

İsrail Qəzzada hərbi əməliyyatı genişləndirmək istəyir

İsrail bölgədə qalan israilli girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatını genişləndirə bilər...

Poliqon xəbər verir ki, ABC telekanalı mənbələrə istinadən məlumat yayıb. 

"Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatını genişləndirməyi və girovları azad etmək üçün hərbi gücdən istifadə etməyi təklif edib", telekanalın bəyanatında deyilir.

Telekanalının məlumatına görə, HƏMAS-ın hələ də 20-yə yaxın israilli girov saxladığı güman edilir.

İsrail rəsmisi bildirib ki, İsrail və ABŞ rəsmiləri məsələ ilə bağlı daimi dialoq aparırlar.

Rəsmi bildirib ki, İsrail tərəfi HƏMAS-ın girovlarla bağlı sövdələşmədə maraqlı olmadığını getdikcə anlayır.

Poliqon.info 

Избранный
18
poliqon.info

1Источники