RU

Könüllülər üçün “Kiber Təhlükəsizlik və Rəqəmsal Məlumatların Qorunması” Təlimi keçirildi - FOTOLAR

“İqtisadi və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə İmişli regional “ASAN xidmət” mərkəzinin nəzdində fəaliyyət göstərən K253 könüllülər qrupu üçün “Kiber Təhlükəsizlik və Rəqəmsal Məlumatların Qorunması” mövzusunda təlim tədbiri keçirildi.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi gəncləri rəqəmsal mühitdə təhlükəsizliklə bağlı maarifləndirmək, şəxsi məlumatların qorunması ilə bağlı biliklərini artırmaq və onları kibertəhlükələrə qarşı daha hazırlıqlı hala gətirmək idi.

Təlimçi mütəxəssis tərəfindən təqdim edilən mövzular çərçivəsində iştirakçılara aşağıdakı istiqamətlərdə ətraflı məlumat verildi:
    •    İnternetdə təhlükəsiz davranış prinsipləri
    •    Rəqəmsal fırıldaqçılıq, fişinq (phishing) və sosial mühəndislik (social engineering) hallarının tanınması
    •    Güclü və etibarlı parolların yaradılması və qorunması
    •    Sosial şəbəkələrdə məxfi məlumatların paylaşılması zamanı diqqətli olmaq
    •    E-poçtlar və zərərli keçidlər vasitəsilə yayılan kiberhücumlar
    •    Cihazların (telefon, kompüter və s.) təhlükəsizliyini təmin edən texniki həllər
    •    Kiberhücumların fərdi və dövlət səviyyəsində doğura biləcəyi nəticələr

Tədbir interaktiv şəkildə təşkil olundu, iştirakçılar müzakirələrdə fəal iştirak etdilər, suallar verdilər və real nümunələr üzərindən praktiki biliklər qazandılar. Təlimin sonunda iştirakçılara gündəlik həyatlarında tətbiq edə biləcəkləri təhlükəsizlik vərdişləri tövsiyə olundu.

Избранный
5
qht.az

1Источники