RU

Tərtərdə həmkəndlisini güllələyən keçmiş məhkum həbs edilib


Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində AK-74 markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus VAZ-21014 markalı avtomobilə zərər dəyib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan AK-74 markalı avtomat silah götürülüb. Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mətləb

Избранный
17
49
baki-xeber.com

10Источники