RU

“Bavariya”dan “Tottenhem”ə – RƏSMİ

Joao Palinya karyerasını “Tottenhem”də davam etdirəcək.

Msport.az xəbər verir ki, Portuqaliya millisinin 30 yaşlı yarımmüdafiəçisi “Bavariya”dan 2025-26 mövsümünün sonunadək icarəyə götürülüb.

Palinya peşəkar karyerasına “Sportinq”də başlayıb və erkən mərhələdə icarə əsasında “Moreirense”, “Belenenseş” və “Braqa” klublarında çıxış edib. O, 2024-cü ilin yayında “Fulhem”dən “Bavariya”ya 51 milyon avroya keçib, lakin əsas heyətdə yer tuta bilməyib və mövsüm ərzində cəmi 25 oyun keçirib.

Portuqaliyalının Münhen klubuyla müqaviləsi 2028-ci ilə kimidir.

Избранный
9
1
msport.az

2Источники