Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Valaam adasına səfər ediblər.
Publika.az xəbər verir ki, jurnalistlərlə söhbəti zamanı Rusiya lideri beynəlxalq marağa səbəb olan bir sıra əhəmiyyətli bəyanatlar verib. Rusiya lideri ABŞ prezidenti Donald Trampın son bəyanatına da cavab verməyə çalışıb. Rusiya prezidenti qeyd edib ki, o, minlərlə insanın evlərinə qayıtmasına imkan verdiyi üçün Ukrayna ilə danışıqlar prosesini müsbət qiymətləndirir.
Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin bu çıxışın ilk baxışdan gözə dəyməyən tərəflərini şərh edib.
Sergey Stepaşin hesab edir ki, prezidentin səfəri üçün Valaamın seçilməsi təsadüfi deyil.
“Bu gün Valaam ən əhəmiyyətli mənəvi mərkəzlərdən biridir. Vladimir Vladimiroviç adada aparılan bərpa işlərində şəxsən iştirak edib. Orada onun dəstəyi ilə tikilmiş bir məbəd var. Prezident vəsait ayırıb, tikinti prosesinə nəzarət edib. Vladimir Putin mömindir. Çətin vaxtlarda rus xalqı ənənəvi olaraq mənəvi mənbələrə müraciət edir.